Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Milli Məclis üzvü:“Azərbaycan-Türkiyə-Gürcüstan PA-nın yaradılması gündəmdədir”

 

“Azərbaycan-Türkiyə-Gürcüstan Parlamentlərarası Assambleyanın (PA) yaradılması gündəmdədir. Bununla əlaqədar çox ciddi addımlar atılır”.

Yenixeber.org: Bunu Milli Məclisin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, təsisatın yaradılması ilə bağlı məsələ Milli Məclisin sədri Sahibə Qafarovanın aprel ayında Gürcüstana səfəri zamanı da müzakirə olunub: “Üç ölkənin qanunverici orqanlarının bir paltformada fəaliyyət göstərməsi, qanunların qəbulu prosesində iştirakı mühüm əhəmiyyət kəsb edir”.

A.Nağıyev qeyd edib ki, Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin bu yaxınlarda Şuşada keçirilmiş üçtərəfli görüşündə PA-nın təsis olunması ilə bağlı müvafiq qərarlar qəbul olunub.

Qeyd edək ki, üç ölkə parlamentinin xarici əlaqələr komitələri arasında əməkdaşlıq 2014-cü ildə qurulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam