"Azərbaycan Ordusunun Zod mədənində mülki erməni işçilərə atəş açması yalandır" -MN
Dövlət sərhədinin Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Zod mədənində mülki erməni işçilərə qarşı atəş açılması barədə Ermənistan mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır.
Yenixeber.org: Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Bu xəbəri qəti surətdə təkzib edirik.