Redaktor seçimi
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
Günün xəbəri

"Bandatdel" silahlı şəxslərə qarşı əməliyyat keçirib -FOTO+ VİDEO

             

                           Beş nəfər saxlanılıb

Yenixeber.org: Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərlərində və yaşadıqları evlərdə qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin yaydığı məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında Bakı və Sumqayıt şəhərləri, eləcə də Qəbələ rayonunda keçirilən tədbirlər zamanı Elvin Kərimov, Rüstəm Kərimov, Akif Abzərov, Vüsal Cəfərov və Aslan Hüseynov tutulublar.

Elvin Kərimovdan 1 ədəd “TT” markalı tapança 8 ədəd patron, 1 ədəd daraq, Rüstəm Kərimovdan isə 2 ədəd müvafiq sənədləri olmayan “TOZ” və “İJ” markalı tüfəng, həmin silahlara məxsus 43 ədəd patron aşkar edilib. Sumqayıt şəhərində keçirilən tədbir zamanı salxanılan Aslan Hüseynovdan 1 ədəd “Naqan” markalı tapança və 2 ədəd patron aşkar olunaraq götürülüb. Həyata keçirilən əməliyyatlar zamanı saxlanılan Akif Abzərovdan isə “Brauning” konstruksiyalı tapança, 9 ədəd patron, 1 ədəd daraq, Vüsal Cəfərovdan isə 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 27 ədəd parton aşkar olunub.

Qeyd olunan faktlarla əlaqədar saxlanılanların hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.

Saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam