Redaktor seçimi
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -
Günün xəbəri

Ödəniş terminallarında əlavə xidmət haqqı kommunal xərcləri artıra bilərmi?

 

Martın 1-dən Azərbaycandakı ödəniş terminallarında əlavə xidmət haqqı müəyyən olunub.

Yenixeber.org: Bununla da indiyə qədər terminallarda mövcud olan qismən pulsuz xidmətə son qoyulub.

Belə ki, əgər indiyə qədər vətəndaşlar banklardakı kart hesablarına gündəlik 200 manata qədər vəsaiti komissiyasız qoya bilərdilərsə, artıq həmin məbləğ üçün də 1% komissiya ödəmək lazımdır. Bununla bağlı bəzi banklar müştərilərinə xəbərdarlıq edib.

Məsələn, “Azər-Türk Bank” ASC bəyan edib ki, bundan sonra ödəniş terminalları ilə həyata keçirilən bütün əməliyyatlara görə 1% xidmət haqqı tutulacaq.

“Turan Bank” ASC isə bildirib ki, terminallarla mədaxilə görə 0,5% və ya minimum 1 manat komissiya hesablanacaq (Bank qalan 0,5% komissiyanı özü ödəyir).

Sosial şəbəkə istifadəçiləri isə hesab edirlər ki, ödəniş terminallarında əlavə xidmət haqqının müəyyən olunması bu terminallarla haqqı ödənilən kommunal xidmətləri qismən bahalaşdıra bilər. "Report" bununla bağlı kommunal xidmət və rabitə qurumlarına müraciət edib, təxminən eyni cavabları alıb.

Məsələn, “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu deyir ki, vətəndaşların istehlak etdiyi elektrik enerjisinə görə onlardan əlavə haqq tutulmayacaq: “Həmişə olduğu kimi, bundan sonra da terminallarda ödənilən işıq pulu üçün komissiyanı “Azərişıq” özü ödəyəcək. İstehlakçılar narahat olmasınlar”.
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bildirir ki, belə müzakirələr tez-tez olur, amma abonentlərdən əlavə ödəniş tələbi yoxdur: “Biz su pulu üçün komissiyanı özümüz ödəyirik və ödəniş terminallarında əlavə xidmət haqqına görə istehlakçıların narahatlığına heç bir əsas yoxdur”.
Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev də həmkarlarının dediklərini təsdiq edib: "Azəriqaz” istehlakçılara verilən təbii qazın ödənişindən başqa heç bir əlavə ödəniş istəmir. Ödəniş terminallarında da bu əməliyyatlar hansısa xidmət haqqı müqabilində həyata keçirilmir."

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) isə bildirilib ki, dövlətə məxsus "Aztelekom" və "Baktelecom" MMC-lər telefon və internet xidmətlərinin haqqının ödənilməsi üçün əlavə faiz tutmağı planlaşdırmır.

Məsələ ilə bağlı ödəniş terminallarının sahibləri olan şirkətlərlə də əlaqə saxladıq. "E-manat"ın məxsus olduğu “Modenis” MMC-dən bildirilib ki, əlavə xidmət haqqı tərəfdaşlarla qarşılıqlı razılaşma əsasında tətbiq edilib. "Milliön"ün məxsus olduğu "Comtec" MMC-dən isə məsələyə münasibət bildirən olmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam