Redaktor seçimi
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
Günün xəbəri

Qonşu ölkədə maska məcburiyyəti ləğv edilir

        Qaydaların pozulmasına görə 20 lari cərimə nəzərdə tutulur

Yenixeber.org: Gürcüstanda pandemiya ilə əlaqədar küçədə qoruyucu maskalardan məcburi istifadə bu gündən ləğv olunub.

Bununla bağlı qərar respublikanın Baş naziri yanında Koronavirusla Mübarizə üzrə Əlaqələndirmə Şurası tərəfindən əlverişli epidemioloji vəziyyətlə əlaqədar qəbul olunub.

Bununla belə, qapalı yerlərdə, eləcə də ictimai nəqliyyatda qoruyucu maskaların taxılması məcburi olaraq davam edəcək. Qaydaların pozulmasına görə vətəndaşlar 20 lari (6 ABŞ dollarından çox) məbləğində cərimə olunacaqlar.

Xatırladaq ki, Gürcüstanda 2020-ci ilin fevralında koronavirusa ilk yoluxma halının aşkarlanmasından sonra respublika sakinləri qoruyucu maska ​​taxmağa başlayıblar. Əvvəlcə maskaların taxılması yalnız qapalı məkanlarda və ictimai nəqliyyatda məcburi idisə, sonra bu qayda küçədə hərəkət edən insanlara da şamil olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam