Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Gürcüstanda - maska taxmayanlar cərimələnəcək

Gürcüstanda maska taxmayanlar cərimələnəcək
Gürcüstanda qapalı ictimai yerlərdə və nəqliyyatda maska taxmayan şəxslər cərimələnəcək.
Yenixeber.org: Gürcüstan parlamenti bununla bağlı İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişiklikləri birinci oxunuşda təsdiqləyib.

Qanun layihəsinə əsasən, qaydalarla və “İctimai səhiyyə haqqında” qanunla müəyyən edilmiş qapalı ictimai yerlərdə maska taxmaq öhdəliyinin pozulması 20 lari (6 dollar) cərimə ilə nəticələnəcək. Sahibkarlar isə 500 lari (166 dollar) cərimə olunacaq.

Əgər şəxs səhhətinə görə maska taxa bilmirsə, polisə təqdim etmək üçün xüsusi arayış almalıdır. Tibb mərkəzləri artıq bu barədə xəbərdar edilib.

Bundan əlavə, qanuna uyğun olaraq müəyyən edilmiş digər təcrid və karantin qaydalarının pozulmasına görə, fiziki şəxslər üçün 2 min lari (666 dollar), hüquqi şəxslər üçün 10 min lari (təxminən 3,3 min dollar) cərimə nəzərdə tutulub.

Hər hansı bir məhdudiyyətin təkrar pozulması altı aydan iki ilə qədər müddətə ev dustaqlığı və ya üç ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə nəticələnəcək.

Məsələn, Gürcüstanda tədbirlərə, (toylar, anım mərasimləri, ildönümlər və s.), kazinolara, hovuzlara və idman zallarına 10-dan çox adamın toplaşması qadağandır, ölkədə idman və mədəni tədbirlər keçirilə bilməz.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam