Redaktor seçimi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Günün xəbəri

Ukraynada ölən dörd soydaşımızın nəşi sabah Azərbaycana gətiriləcək

 

Ukraynada fevralın 27-də Odessa ərazisində Rusiya ordusunun atdığı raketin avtomobili partlatması nəticəsində ölən dörd soydaşımızın nəşi sabah Azərbaycana gətiriləcək.

Yenixeber.org: Bu barədə Kəlbəcərin Təkəqaya kəndinin bələdiyyə nümayəndəsi Anar Məmmədov məlumat verib.

O bildirib ki, əslən Kəlbəcərin Təkəqaya kəndindən olan soydaşlarımızın ailələri artıq Azərbaycana gətiriliblər:

“Soydaşlarımızın nəşləri hələ Moldovadakı xəstəxanalardan birinin morqundadır. Yaralı olan iki soydaşımız da həmin xəstəxanada müalicə alır. Həkimlər yaralıların xəstəxanadan çıxarılmasına icazə verməyiblər. Həlak olan şəxslərin yaxınları artıq Azərbaycana gətirilib. Ölən soydaşlarımızın sənədləri ilə bağlı məsələ cənazələrin ölkəyə gətirilməsini bir qədər yubadır. Nəşlərin gətirilməsi üçün zəruri hazırlıqlar artıq tamamlanıb. Sabah cənazələr ölkəyə gətiriləcək”.

Xatırladaq ki, Odessadakı hadisə nəticəsində soydaşlarımız, əslən Kəlbəcərin Təkəqaya kəndindən olan Rəhim Əli oğlu İsmayılov və qardaşı Nemət Əli oğlu İsmayılov, Qabil Rəhim oğlu İsmayılov və Camal Mirzənəsir oğlu Salmanov həlak olublar.

Yaralananlar isə Süleyman Nemət oğlu İsmayılov, Tacir Rövşən oğlu Tağıyev və Niyazi Rövşən oğlu Tağıyevdir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam