Rusiya və Ukrayna arasında baş verən hadisələrin ölkəmizin əmlak bazarına təsiri qaçılmaz olacaq.

Yenixeber.org: Bunu əmlak eksperti Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, əsasən Rusiyada yaşayan soydaşlarımızın həmin ölkədəki bizneslərini qorumaq üçün qısa müddət sonra Azərbaycandakı əmlaklarını kütləvi surətdə satışa çıxaracaqları gözlənilir. Bu səbəbdən də Bakıda əmlak satışı ilə məşğul olan ofislərə Rusiyada yaşayan azərbaycanlılar tərəfindən əmlakların satışa çıxarılması ilə bağlı çox sayda müraciətlər daxil olur:

Ekspert bildirib ki, kütləvi surətdə daşınmaz əmlaklar satışa çıxarılarsa və qiymətlər dəyərindən aşağı düşərsə, bu əmlak bazarına mənfi təsir göstərəcək və daşınmaz əmlakların qiymətlərində enmələr olacaq.

Bu bir tərəfdən ev almaq istəyən vətəndaşlar üçün əlçatanlığı təmin edəcəksə, digər tərəfdən tikinti şirkətlərinə mənfi təsir göstərəcək.

E.Fərzəliyev bildirib ki, Rusiya və Ukrayna arasındakı proseslər nəinki aşınmaz əmlak hətta tikinti materialları bazarına da təsir edəcək. Tikinti materiallarının qiymətində də ciddi artımlar müşahidə edilə bilər.