Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kirayə evlər -ucuzlaşacaq

“Hazırda daşınmaz əmlak bazarında bahalaşma müşahidə edilir”. Bu barədə Modern.az-a məlumat verən daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bildirib ki, ay ərzində qiymət artımı 1,03 faiz təşkil edir:


Yenixeber.org:   “Təkrar mənzil bazarında 0,73 faiz, ilkin mənzil bazarında isə 2,36 faiz bahalaşma qeydə alınıb”.


Onun sözlərinə görə, ilin sonuna doğru daşınmaz əmlak bazarında qiymət artımı xarakterik olacaq:


“Uzun illərdir insanlarda psixolojik olaraq formalaşan “gələn ildən bahalaşacaq” fikirləri bazarda tələbatı artırır, bazara təzyiq güclənir. Bu da tələb və təklifdə ciddi fərq yaratdığından qiymət artımı qaçılmaz olur”.


Ekspert qeyd edib ki, indiki dövrdə torpaq bazarında qiymətlər stabildir və ciddi bahalaşma gözlənilmir.


Kirayə bazarına gəlincə, N.İbrahimov ay ərzində 5,75 faiz bahalaşma qeydə alındığını diqqətə çatdırıb:


“Bu, mövsümi bahalaşmadır, tələbələrin paytaxta axını ilə ilə bağlıdır. Sentyabrın sonu, oktyabrın əvvəlindən etibarən kirayə bazarında ucuzlaşma gözlənilir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam