Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Azərbaycan vətəndaşları -Türkiyədə daha çox daşınmaz əmlak alırlar

Azərbaycan vətəndaşları Türkiyədə daha çox daşınmaz əmlak alırlar

Bu ilin yanvar-may aylarında Azərbaycan vətəndaşları Türkiyədə 466 daşınmaz əmlak obyekti alıblar. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 134 ədəd çoxdur.

Yenixeber.org:  Təkcə 2019-cu ilin may ayında Azərbaycan vətəndaşları Türkiyədə 90 daşınmaz əmlak obyekti alıblar. Bu da 2018-ci ilin may ayına nisbətən 15 ədəd çoxdur.

Obyektlərin daha çox satıldığı yerlərə gəlincə, yanvar-may ayları ərzində İstanbulda 15,8 min, Ankarada 8,2 min, Antaliyada 5 min əmlak satılıb. Qalan 53.2 min obyekt isə Türkiyənin digər şəhərlərinin payına düşür.

Qeyd edək, 2019-cu ilin may ayında Türkiyədə 3,9 min əmlak satılıb, bu da 2018-ci ilin eyni dövrünə nisbətən 62,5 faiz çoxdur.

2019-cu ilin may ayında Türkiyədə əmlak alan digər xaricilərə gəlincə, İraq vətəndaşları 594, İran vətəndaşları 509, Rusiya vətəndaşları isə 285 ədəd daşınmaz əmlak alıblar


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam