Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Hotel və restoranlarda nağdsız ödəniş mümkündür?

Azərbaycanda hansı hotel və restoranlarda nağdsız ödəniş mümkündür?

2012-ci ildən Azərbaycanda ticarət və xidmət sahələrində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi qaydaları təsdiqlənib və onların quraşdırılması məcburi olan obyektlərin siyahısı müəyyən edilib. Bu siyahıya paytaxt və regionlarda fəaliyyət göstərən ictimai iaşə müəssisələri, hotellər və digər turizm subyektləri də daxildir. Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən 1 yanvar 2020-ci il tarixindən POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə onların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, müəyyən maliyyə sanksiyaları tətbiq edilir. Bununla belə hələ də bir çox ictimai iaşə müəssisələrində POS-terminal vasitəsilə ödənişlərin qəbulundan imtina edildiyinin şahidi oluruq.

Yenixeber.org: Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi də belə halların yaşandığını təsdiq edib:

“Həm yerli, həm də xarici vətəndaşlara xidmət göstərən obyektlərdə bu cür imtinalarla üzləşirik. Buna ilk səbəb vergidən yayınma cəhdidir. Bəzi hallarda sahibkarlar nağd hesablaşmaların da məbləğini gizlədir. İkinci səbəb məlumatsızlıqdır. Bəzi obyektlərdə POS-terminal tələb edəndə sanki qorxurlar. Amma belə obyektlərin sayı çox deyil. Pandemiya dövründə ümumiyyətlə nağdsız hesablaşmaların sayı artdı. Bu gün hotel və restoranlarda nağdsız ödənişlərdən o qədər də çox imtinalar görmürük. Hotel və restoranlarda irəli sürülən “kartla ödəniş götürmürük”, “POS-terminalımız işləmir” kimi bəhanələr getdikcə aradan qalxır. Biznes özü də anlayır ki, bu bir normal hesablaşma qaydasıdır. Bununla yanaşı hotel və restoranlarda nağd hesablaşma qaydaları da mövcuddur. Eyni zamanda hesabdan hesaba köçürmə qaydaları da var”.

S.Dübəndi bildirib ki, nağdsız ödənişdən imtina hallarına daha çox “fastfood” restoranlarında rast gəlinir:

“Bir çox xarici vətəndaşlar Azərbaycana individual şəkildə səyahət edirsə, müxtəlif aqreqatorlardan istifadə edərək ölkəyə gəlməzdən öncə ödənişlərini onlayn edir. Ona görə də normal işləyən, standartlara riayət edən müəssisələrdə nağdsız ödənişdən imtina problemi olmur. Belə neqativ halları daha çox kiçik və orta biznes subyektlərində müşahidə edirik. Xüsusən “fastfood”ların bir çoxunda kartla ödənişdən imtina edirlər. Getdikcə bu obyektlərlə də bağlı müəyyən qaydalar tətbiq olunacaq. Biz nağdsız hesablaşmalar sisteminə yeni keçmişik. Birdən-birə bu sistemi tam təkmil vəziyyətə gətirmək çox çətin olar.

Hotellərin demək olar hamısında nağdsız qaydada ödəniş etmək mümkündür. Onlar xarici vətəndaşlarla daha çox işlədiklərinə görə, bu məsələdə daha intizamlıdırlar. Lakin ictimai iaşə sektorunda bu barədə boşluq var. Şəhər mərkəzində yerləşən restoranlarda nağdsız ödəniş mümkündür. Amma kənarda yerləşən restoranlar nağdsız ödəniş qəbulundan imtina üçün müxtəlif bəhanələr gətirirlər. Paytaxdakı bütün restoranlarda POS-terminal quraşdırılıb. Amma onların təqribən 60 %-ində nağdsız şəkildə ödəniş qəbul edilir.

POS-terminalla ödəniş etmək üçün internet şəbəkəsi olmalıdır. Paytaxtın hər yerində internet əlçatandır. Lakin regionlarda internetin mövcudluğu və ya keyfiyyəti problemi hələ də yaşanır. Regionlarda daha çox görürük ki, ictimai iaşə müəssiələri “internet olmadığı üçün nağdsız qəbul edə bilmirik” deyirlər”.

S.Dübəndinin sözlərinə görə, bəzi banklar POS-terminalları sahibkarlara satırlar: "Onların qiyməti 500-600 manatdan başlayır və 1 000-1 200 manata qədər dəyişir. Kiçik müəssisələrin onu almağa imkanı yoxdur. Banklar POS-terminalları lizinqə versələr, sahibkar üçün daha rahat olar. Bəzən sahibkar bildirir ki, POS-terminal almağa pulum çatmır. Düşünürəm ki, bu şəkildə POS-terimnal satışda olmamalıdır, yaxud sahibkara onun pulunu müəyyən vaxt çərçivəsində ödəmək üçün şərait yaradılmalıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam