Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

COVID-19-un gələcəkdə doğulanlara təsiri ola bilərmi?

COVID-19-un gələcəkdə doğulanlara təsiri ola bilərmi?
"COVID-19-un gələcəkdə doğulanlara təsirinin necə olacağını, bu virusa yoluxmuş insanlarda nə kimi dəyişikliklər olub-olmayacağını bilmək çox çətindir".

Yenixeber.org: Bunu Talassemiya Mərkəzinin genetika mütəxəssisi Ağa Rza Ağayev deyib.

Onun sözlərinə görə, insan həyatın başlanğıcından bu günə kimi bir çox virusların təsirinə məruz qalıb: "İnsan genomunu incələdiyimiz zaman onun təxminən 8 faizinin virus qalıqlarından ibarət olduğunu görürük. Bunlara, adətən, endogen retroviruslar deyilir. Həmin viruslar genoma daxil olaraq bir parça halında qalır. Təbii ki, onlar aktiv deyillər, amma genomda qalıqdırlar. Onların təsirinin necə olacağı isə müxtəlif səbəblərdən asılıdır. Yerləşmə şəklindən, genoma giriş, hərəkət şəklindən asılı olaraq, virusun törətmə ehtimalı var. Onlar uzun müddətdir öyrənilir. COVID-19-a gəldikdə isə onun gələcəkdə doğulanlara təsirinin necə olacağını, bu virusa yoluxmuş insanlarda nə kimi dəyişikliklər olub-olmayacağını bilmək çox çətindir. Uzun onilliklər ərzində hələ bu mövzu araşdırılacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam