Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Almaniyada - bir gündə koronavirusa 745 yoluxma qeydə alındı

Almaniyada son bir gündə koronavirusdan daha 57 nəfər ölüb.

Yenixeber.org: Bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyi ilə bağlı statistika aparan Robert Kox İnstitutu bildirib.

İnstitutun məlumatına görə, epidemiyanın başlanğıcından ölkədə virusa ümumilikdə 176 752 yoluxma qeydə alınıb, COVID-19 diaqnozu qoyulmuş 8 147 insan ölüb. Bununla yanaşı, virusa yoluxmuş 158 min nəfər sağalıb.

Federasiya ərazisində təhlükəli virusa yoluxma hallarının ən böyük sayı Bavariyada qeydə alınıb. Burada 45 929 nəfər COVID-19 xəstəsi kimi qeydiyyata alınıb. Şimal Reyn-Vestfaliyada 36 912 nəfər, Baden-Vürtemberqdə 34 175 insan virusa yoluxub. Berlində koronavirusa 6 555 yoluxma aşkarlanıb.

Qeyd edək ki, ötən gün Almaniyada koronavirusdan 83 nəfər ölüb, 797 yeni yoluxma qeydə alınıb. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam