Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Türkiyədə inflyasiya 50%-ə çatdı -Son 20 ilin rekordu...


Bu ilin yanvar ayında Türkiyədə istehlak məhsullarının qiyməti və xidmət tarifləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 48,69% bahalanıb.
Yenixeber.org: Türkiyə Statistika İdarəsi bildirir ki, bu son 20 ildə qeydə alınan ən yüksək göstəricidir. İnflyasiya səviyyəsi sonuncu dəfə 2002-ci ilin aprel ayında bundan yüksək (52,7%) olub. 

Ən yüksək bahalanma nəqliyyat xidmətlərində qeydə alınıb – 68,89%. Bundan başqa ötən ilin yanvar ayı ilə müqayisdə qida və içkilər 55,6%, ev əşyaları 54,5%, restoran və otellərdə xidmətlər 50,4% bahalanıb. 
Ən az artım rabitə xidmətlərində qeydı alınıb. Rabitə tarifləri son bir ildə 10,8% artıb.
Onu da bildirək ki, hazırda Türkiyə dünyada inflyasiya səviyyəsinin ən yüksək olduğu ölkələrin ilk 10-luğunda yer alır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam