Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Ərzağın qiymətinin dəyişməsi insanların gəlirlərinə daha çox təsir göstərir”

 

     

       "Xeberinfo.com": İqtisadi və sosial sahələrdə muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-aprel aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz artaraq 436,7 manata, hər bir nəfərə düşən gəlirlər isə 3,1 faiz çoxalaraq 1603,9 manata çatıb. Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. 

May ayında əvvəlki ayla müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0.8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.9 faiz ucuzlaşıb.

Yanvar-may ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 1.7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3.6 faiz, xidmət tarifləri 0.3 faiz bahalaşıb.

    ReAL Vətəndaş Hərəkatının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli “Azadlıq”a açıqlamasında Azərbaycanda rəsmi statistikadan başqa inflyasiyanı hesablayan heç bir altenativ qurum olmadığını deyir: “Halbuki dünyanın bir çox ölkələrində rəsmi statistikadan əlavə ən azından iki-üç qurum bu statistikanı təsdiq, analiz etmək üçün hesablamalar aparır. Azərbaycanda təəssüf ki, elə bir imkanımız yoxdur, rəsmi rəqəmlərdən başqa heç bir mənbədən rəqəm almaq mümkün deyil. Rəsmi statistika ona görə də istədiyi rəqəmələri açıqlaya bilir. Azərbaycanda keçən ilin dekabr ayında yanacağın qiymətinin hiss ediləcək dərəcədə qalxmasından sonra inflyasiya rəqəmləri iqtisadi qanunlara görə daha yüksək olmalı idi. Alternativ inflyasiya rəqəmləri yoxlamaq imkanlarımızı olmasa da gündəlik təlabat mallarının qiymətlrəi daha çox artıb”.

 

Natiq Cəfərlinin fikrincə statistikada ən çox şübhə yaradan rəqəm ərzaq inflyasiyayla bağlıdı: “Hətta rəsmi rəqəmlər belə yanvar-fevral aylarında ərzaq inflyasiyasının yüksək olması haqqında ilkin məlumatlar vardı. Bu ay ərzində cəmi 1.5 faiz ərzaq inflyasiyasının olması tamamilə məntiqə və iqtisadi parametrlərə uyğun gəlmir. Ərzaq inflyasiyası Azərbaycanda çox ciddi bir məsələdi. Çünki əhalinin gəlirlərinin hətta rəsmi rəqəmlərə görə belə 55 faizi ərzaq gedir. Qeyri-rəsmi rəqəmlərə görə bu 75-80 faiz civarındadı. Ərzağın qiymətinin dəyişməsi insanların gəlirlərinə daha çox təsir göstərir. Bu onu göstərir ki, rəsmi açıqlamayla reallıq arasında ciddi fərq var”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam