Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

“Konstra” MTK-nin sahibi Bəsrət Abbaslı hakim önünə çıxarılır-SƏBƏB

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunan “Konstra” MTK-nin təsisçisi Bəsrət Abbaslı, şirkətin direktoru Dilafir Rəsulov və əməkdaşı Tahir Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Yenixeber.org: Məlumata görə, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı fevralın 4-nə təyin edilib.

Təqsirləndirilən şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər, tikinti şirkətinin inşa etdiyi mənzilləri ayrı-ayrı şəxslərə qanunsuz olaraq satıblar. Əldə olunmuş pul vəsaitini mənimsəyiblər. Cinayət işi üzrə 100-dən çox zərərçəkmiş var.

Qeyd edək ki, B. Abbaslı Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin sabiq müdiri Bəhram Abbaslının oğludur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam