Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

"10 milyard dollarlıq itki barədə deyilənlər tarixi faktdır" -AMB-nin sədri

"2015-ci ildə Azərbaycanda manatın məzənnəsini qorumaq üçün ölkənin valyuta ehtiyatlarında 10 milyard dollarlıq itki ilə bağlı Prezident İlham Əliyevin dedikləri tarixi faktdır".

Yenixeber.org: Bunu keçirdiyi mətbuat konfrasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

"Həmin il manatın 2-ci devalvasiyasına qədər 10 milyard ABŞ dolları məbləğində vəsait məzənnənin sabir saxlanılmasına sərf olunub, amma yekunda yenə də milli valyuta ucuzlaşdırılıb. Biz çox da uzaq olmayan dövrdə ağır məqamalar yaşadıq və yaşamaqda da davam edirik. 2014-ci ilin iyun ayından başlayaraq qlobal iqtisadi böhran, neftin qiymətinin uzunmüddətli və kəskin düşməsi ölkənin tədiyyə balansında ciddi problemlər yaratdı. Həmin dövrdə ölkədə ciddi quruculuq işləri gedirdi. Dövlət büdcəsinə neft gəlirləri hesabına transferlər çox idi. Odur ki, neftin kəskin ucuzlaşması ölkənin valyuta ehtiyatlarını itirməsi təhlükəsi yaratmışdı", - deyə o, əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam