Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"

Naxçıvan Dövlət Universitetində qiyabi təhsil başlasa da, tələbə olan yüksək vəzifəli məmurlar dərslərdə iştirak etmirlər. 
Yenixeber.org: Bu barədə “Gündəlik Naxçıvan” kanalına universitetdə çalışan bir qrup müəllim məlumat verib.
Məlumata görə, bu sıraya hüquq fakültəsi tələbələri olan - Ali Məclis Aparatının rəhbəri Ülvi Hüseynli, Həmkarlar İttifaqı Şurasının sədri Qəzənfər Abdullayev və digər yüksək vəzifəlilər daxildir. Müəllimlərin sözlərinə görə, universitet rəhbərliyinin göstərişi ilə bu məmurlara qayıb yazmaq qadağan olunub və onlara ən yüksək qiymətlərin verilməsi tapşırılıb. 
Təhlükəsizlik səbəbindən adını açıqlamayan bir müəllim bildirib ki, bu göstəriş onları çətin vəziyyətdə qoyur: “Bu məmurların vəzifələri hüquq təhsili tələb edir, buna görə də qiyabi təhsili seçirlər. Lakin dərslərdə iştirak etməyə nə həvəsləri, nə də maraqları var. Özlərinə sığışdırmırlar ki, adi tələbələrlə birlikdə dərs keçsinlər. Buna görə də universitet rəhbərliyinə təzyiq göstərərək dərsə gəlmədən yüksək qiymət almağa nail olurlar. Nəticədə heç bir bilik əldə etmədən məzun olurlar. Bu, saxta təhsilin bir nümunəsidir. Belə şəxslərə verilən diplomlar yalnız formal xarakter daşıyır. Biz etiraz etsək, dərhal deyirlər ki, "istəmirsən, ərizəni yaz, işdən çıx".”
Eyni qrupda təhsil alan tələbələr isə, bərabərlik hüquqlarının pozulmasından narazıdırlar: “Biz dərsə 5 dəqiqə geciksək, qayıb yazırlar, sonra deyirlər ki, kəsilmisiniz. Amma bu məmurlar dərsə ümumiyyətlə gəlmir, yüksək qiymət alırlar. Müəllimlər isə bəhanə gətirir ki, onların işləri çoxdur, dövlət idarə edirlər. Əgər təhsil almaq istəyirlərsə, ya təhsil məzuniyyəti götürsünlər, ya da vəzifədən istefa versinlər.”
Tələbələr bu cür yanaşmanı həm təhsil sisteminə, həm də cəmiyyətin ədalət prinsiplərinə ciddi zərbə vurduğunu hesab edirlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam