Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verilib-FOTO
"Çiçəklənən Ermənistan" partiyasının lideri, iş adamı Qaqik Tsarukyanın oğlu Nver Tsarukyan 2024-ci ilin oktyabrında kurort şəhəri Tsaxkadzorda kazinolardan birində baş vermiş "mübahisə"dən sonra beynəlxalq axtarışa verilib.
Yenixeber.org xəbər verir ki, bu barədə cinayət işi materiallarını məhkəməyə göndərən Baş Prokurorluq məlumat yayıb.
Oktyabrda Nver Tsarukyan, onun mühafizəçiləri və müəssisənin işçiləri arasında münaqişə baş verib, atəş səsləri eşidilib, daha sonra iş adamı və "Çiçəklənən Ermənistan"ın liderinin oğlu gizlənib.
"Xuliqanlıq" və "bir qrup şəxs tərəfindən soyğunçuluq" maddələri ilə cinayət işi açılıb. Nver Tsarukyan qiyabi həbs edilib.