Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

“Omikron” -digər viruslarla birləşməyə qadirdir

Koronavirusun “omikron” ştamı yoluxan şəxsin bədənində olarkən digər infeksiya növləri ilə birləşməyə qadirdir.

Yenixeber.org: Bu barədə “Ura.ru”ya Fundamental Tərcümə Tibb Mərkəzinin xüsusilə təhlükəli infeksiyalar laboratoriyasının rəhbəri, virusologiya professoru Aleksandr Çepurnov bildirib.

Mütəxəssis xatırladıb ki, təxminən bir ay əvvəl dünyada koronavirusun əsas ştamı “delta” idi, lakin sonradan “omikron” onu əvəz etməyə başlayıb. O, əlavə edib ki, “omikron” başqa bir virusun bütöv bir fraqmentini, çox güman ki, soyuqdəyməni “qoparmağı” bacarıb.

A. Çepurnov izah edib ki, əvvəllər ştamlar bir "hərfin" dəyişməsi ilə əmələ gəlirdi, yəni amin turşusu dəyişsə də, genom eyni qalırdı. Alim əlavə edib ki, başqa virusun “omikron”a daxil olması bu ştamın koronavirusun digər variantları ilə genetik material mübadiləsi qabiliyyətini göstərə bilər.

“Əgər o, başqa bir virusudan nəsə qoparda bildisə, onda niyə yaxın qohumu olan qardaşı ilə genetik materialın hissələrini mübadilə etməməlidir? Bioloji baxımdan çox asandır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam