Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

"Azəriqaz” -abunəçilərin qurumu məlumatlandırması məsələsinə aydınlıq gətirib

Azəriqaz” abunəçilərin qurumu məlumatlandırması məsələsinə aydınlıq gətirib

Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi ötən gün qurumda keçirilmiş “Açıq qapı” aksiyasında Hüquq Departamentinin rəisinin verdiyi Vüqar Eyvazovun verdiyi və sosial şəbəkələrdə müzakirə obyektinə çevrilmiş fikirləri barədə açıqlama yayıb.

Yenixeber.org: Açıqlamada deyilir ki, mənzildə 1 aydan çox müddətdə kimsənin yaşamayacağı təqdirdə qaz paylayıcısının bu barədə əvvəlcədən məlumatlandırılması istehlakçının vəzifəsidir:

"Bu müddəa “Qazdan istifadə haqqında” Qaydaların 3.2.10-cu yarımbəndində öz əksini tapıb. Həmin yarımbəndə görə sözü gedən məlumatlandırma yazılı qaydada olmalıdır. Bundan başqa, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin 2.3-cü (İstehlakçının vəzifələri) bəndində aşağıdakı vəzifələr təsbit olunub:

-“Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək (2.3.3 yarımbənd);

- “Qazdan istifadə qaydaları”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək (2.3.7 yarımbənd)

Vətəndaşların müxtəlif səbəblərdən (bağ evində müntəzəm yaşayışın olmaması, məzuniyyətə və yaxud tətilə çıxması, iş yerinin başqa ərazidə yerləşməsi və s.) qazlaşdırılmış obyektdə 1 aydan çox müddətdə yaşamayacağı təqdirdə bu haqda qazpaylayıcısının məlumatlandırılmasının əsas təyinatı düzgün və ya təyinatı üzrə istifadə olunmadığı səbəbindən qazın partlayıcı, boğucu xüsusiyətlərini nəzərə alaraq ev və ya mənzildə ehtimal olunan qaz sızması nəticəsində baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınmasıdır. Bu hallara daha çox payız-qış mövsümündə təsadüf olunduğu üçün istehlakçının bəhs edilən vəzifəsinin xatırlatması da aktualdır.

Yazılı qaydada məlumatlandırma istifadə edilməyəcəyi təqdirdə qaza görə hər hansı bir ödənişi də istisna edir"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam