Redaktor seçimi
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Günün xəbəri

Dövlət Gəncədəki mənzillərin ucuz qiymətlərə satışına başladı -Aylıq 207 manat ödənişlə

Azərbaycan Respublikasının Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) növbəti layihəsi - Gəncə yaşayış kompleksindəki mənzillərin güzəştlə satışını elan edib.

Yenixeber.org: Azərbaycan bayrağı küçəsində yerləşən kompleksdəki cəmi 188 təmirli mənzilin güzəştli satışı 23 dekabr 2021-ci il tarixində başlayacaq və 30 Dekabr 2021-ci il tarixində başa çatacaq.

Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdirlər.

Kompleksdəki 2 otaqlı mənzillərin qiyməti 48 min 263 manat, 3 otaqlı mənzillərin qiyməti 63 min 521 manat, 4 otaqlı mənzilin qiyməti isə 81 min 685 manatdır.

Mənzili 3-30 il müddətinə, illik faiz dərəcəsi 4% və ilkin ödənişi minimal 10% təşkil edən ipoteka kreditilə də əldə etmək olar. 30 il müddətinə güzəştli ipoteka ilə alındıqda 2 otaqlı mənzilin aylıq ödənişi 207 - 208 manat manat, 3 otaqlı mənzilin aylıq ödənişi isə 273-281 manat, 4 otaqlı mənzilin aylıq ödənişi isə 351-353 manat civarındadır.

Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər, mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla www.mida.gov.az və www.mida.az internet səhifələrində tanış ola bilərlər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam