Redaktor seçimi
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Günün xəbəri

BNA bir sıra qurumlara müraciət edib-Bakıda qanunsuz parkinqlərlə bağlı

BNA Bakıda qanunsuz parkinqlərlə bağlı bir sıra qurumlara müraciət edib

Cari ilin ötən dövründə Bakı Nəqliyyat Agentliyi (BNA) təqdim etdiyi layihə əsasında 25 küçə və prospektdə səkilər yenidən standarta uyğun qurulub.

Yenixeber.org: BNA-nin yaydığı məlumata görə, piyada səkisi olmayan bir çox küçələrdə yeniləri inşa edilib, ehtiyac olan yerlərdə səkilər genişləndirilib. Nəticədə 45 km uzunluğunda səkilərin davamlığı təmin edilib. Hazırda səkilərin bərpa işləri Ş. Mehdiyev küçəsindən Tbilisi prospekti istiqamətində aparılır. Yaxın günlərdə isə Ə.Haqverdiyev küçəsində analoji işlərə başlanılacaq:

"Lakin təəssüf ki, bəzən küçə və prospektlərdə, xüsusən də səkilərinin olmadığı yerlərdə piyadaların hərəkəti çətinləşdirilir. Xəzər rayonu A.İldırım küçəsində olduğu kimi. Səkinin olmadığı bu ərazidə piyadalar üçün şərait yaratmaq əvəzinə asfalt örtük döşənərək qanunsuz parkinq yeri təşkil edilir. Bu isə piyadaların hərəkətini daha da çətinləşdirməklə yanaşı həm də təhlükə riskini də artırır.

Bir çox hallarda bu kimi işlər müvafiq qurumların birbaşa iştirakı ilə görülür. Bunu nəzərə alaraq bütün aidiyyəti qurumları piyada təhlükəsizliyinin təmin edilməsi, piyadalar üçün uyğun şəraitin yaradılması üçün əməkdaşlığa dəvət edirik".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam