Redaktor seçimi
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
Günün xəbəri

MEDİA-da nə baş verir? –“Yoxlama aparılır”…

 

                  Maliyyə Nazirliyi Medianın İnkişafı Agentliyində yoxlama aparıb.

Yenixeber.org: Redaksiyamıza bu barədə məlumat verən mənbənin sözlərinə görə, yoxlama bir neçə gün çəkib: “Nəticəsi necə olubsa, iki aydır KİV-lərə ayrılan vəsaitlər köçürülmür. Əslində qurumdan KİV-lərə bildiriblər ki, vəsaitin gecikməsinə səbəb MEDİA-da aparılan maliyyə yoxlamasıdır. Yoxlamanın aparılması və nəticələri barədə ictimaiyyətə məlumat verilməyib”.
Maliyyə Nazirliyinin mətbiat xidmətinin rəhbəri Mais Piriyev saytımıza açıqlamasında bildirdi ki, MEDİA-da yoxlama aparılması ilə bağlı onda məlumat yoxdur: “Agentlik yeni yaradılan qurumdur, orada maliyyə yoxlamasının aparılması inandırıcı deyil. Üstəlik, KİV DF-də aparılan yoxlamalar hələ təzə başa çatıb”. M.Piriyev məsələ ilə bağlı dəqiqləşdirmə aparıb sonra daha detallı açıqlama verəcəyini bildirsə də, sonradan heç bir məlumat vermədi.
MEDİA-nın Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva isə bildirdi ki, qurumda hər hansı maliyyə yoxlaması aparılmayıb: “Bəli, saytlara ayrılan vəsaitlərin ödənişi gecikir, təxminən iki aya yaxındır, amma bunun hər hansı yoxlama ilə əlaqəsi yoxdur. Lazım olan tədbirlər görülür, ən qısa zamanda bütün vəsaitlər ödənəcək”.(AFN)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam