Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Bu obyektlər cərimələndi-SİYAHI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Yenixeber.org: Agentlikdən bildirilib ki, nəzarət tədbirləri çərçivəsində 2021-ci il noyabrın 2-də ölkə üzrə 399 ictimai iaşə obyektində 704 monitorinq keçirilib. Monitorinqlər zamanı 3 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail ‎rayonu, Neftçilər prospekti, Park Bulvar ticarət mərkəzində yerləşən, hüquqi şəxs "Gravity" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Woki Oki” restoranı;

2. Bakı şəhəri, Səbail ‎rayonu, Neftçilər prospekti, Park Bulvar ticarət mərkəzində yerləşən, fiziki şəxs Bülent Kökə məxsus "Ye doy" kafesi;

3. Bakı şəhəri, Suraxanı ‎rayonu, İ.Məmmədov 1c ünvanında yerləşən, fiziki şəxs Hüseynov Xalıqverdi Kamal oğluna məxsus “Olimp Çay Evi” kafesi.

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam