Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Arvadını və qaynını güllələyərək öldürən şəxsə ömürlük həbs cəzası verilib -Azərbaycanda

Azərbaycanda arvadını və qaynını güllələyərək öldürən şəxsə ömürlük həbs cəzası verilib

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Sərvan Ağayevin cinayət işi üzrə ibtidia istintaq başa çatıb.

Yenixeber.org: Sonuncu məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən, S.Ağayev ömürlük azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2020-ci ilin fevral ayının 26-da saat 13 radələrində Masallı rayonunun Təzəkənd kənd sakinləri - 1999-cu il təvəllüdlü Alimə Nəbiyeva və qardaşı, 1995-ci il təvəllüdlü Miralim Nəbiyevin evdə meyitlərinin aşkar olunması, onların anası 1977-ci il təvəllüdlü Zenfira Nəbiyevanın odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi, hadisə yerindən bir qədər aralıda isə 1988-ci il təvəllüdlü S.Ağayevin odlu silah yaraları ilə aşkar olunması barədə rayon prokurorluğuna daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.

İlkin araşdırmalarla müəyyən olunub ki, həmin gün ailə-məişət münaqişəsi zəminində aralarında yaranan mübahisə zamanı əvvəllər məhkum olunmuş S.Ağayev yaşadığı evdən cehiz əşyalarını götürmək məqsədi ilə ora gələn keçmiş həyat yoldaşı A.Nəbiyevanı, qaynanası Z.Nəbiyevanı və qaynı M.Nəbiyevi ov tüfəngi ilə güllələyib. Nəticədə A.Nəbiyeva və M.Nəbiyev hadisə yerində ölüb, Z.Nəbiyeva isə aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə yerindən təxminən 2 km kənarda isə S.Ağayevin odlu silahdan özünə xəsarət yetirdiyi məlum olub və o, rаyon mərkəzi xəstəxаnаsınа çаtdırılıb.

Hadisə yerinə baxış zamanı 2 ədəd nömrələri silinən ov tüfəngləri, xeyli sаydа patronlar və boş gilizlər aşkar edilərək götürülüb, iş üzrə zəruri ekspertizalar təyin edilib, eləcə də digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və29, 120.2.7-ci ( iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, iş üzrə prokurorluq və polis əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb, müvafiq ekspertizalar təyin edilib.

Daha sonra S.Ağayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq, baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam