Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

"Əməkdar müəllim"in apellyasiya şikayəti təmin edilməyib

 Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən 1955-ci il təvəllüdlü Nuriyyə Ağayevanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb

Yenixeber.org: Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən sonuncu prosesdə qərar elan olunub
Qərara əsasən, N.Ağayevanın apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Qeyd edək ki, ittihama aktına əsasən, N.Ağayeva 5 nəfərə qarşı dələduzluq edib. O, vətəndaşların etibarından sui-istifadə edərək onların pullarını ələ keçirib.
Belə ki, N.Ağayeva zərərçəkmiş Rövşən Həsənovdan 4 min manat pul alıb. Bunun qarşılığında R.Həsənovun oğlunu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul etdirəcəyi vədini verib. Lakin N.Ağayeva qeyd edilən məbləği alsa da, vədinə əməl etməyib.
Bundan başqa, N.Ağayeva Mənsurə Əliyevadan nəvəsini universitetə qəbul etdirmək adı ilə 7 min manat, Zenfira İmanovadan oğlunu ali məktəbə qəbul etdirəcəyi adı ilə 30 min manat, Məhərrəm Quliyevdən isə oğlunu işə düzəltmək adı ilə 3 min manat pul alıb.
N.Ağayeva daha bir vətəndaşdan övladını ali məktəbə qəbul etdirmək adı ilə 25 min manat alıb.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikə) maddəsi ilə ittiham edilir. Onun barəsində həbs qətimkan tədbiri seçilmişdi.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Ağayevanın əməli qanunda edilən dəyişikliyə görə 178.2.2-ci (xeyli miqdarda dələduzluq) maddəsinə tövsif edilib və N.Ağayeva 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum qadın və zərərçəkmişlər apellyasiya şikayəti veriblər.
Xatırladaq ki, N.Ağayeva filologiya elmləri namizədi, "Əməkdar müəllim"dir. O, həbs edilməmişdən bir müddət əvvəl işlədiyi təhsil müəssisəsindən ayrılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam