Redaktor seçimi
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
Günün xəbəri

Sumqayıtda narkotacirlər tutuldu -FOTOLAR

Sumqayıtda narkotacirlər tutuldu -    FOTOLAR
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.
Yenixeber.org: Daxil olmuş əməliyyat məlumatları əsasında şəhərin müxtəlif ərazilərində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 9 nəfər saxlanılıb. Əməliyyat tədbiri nəticəsində Hacıqabul rayonu Atbulaq kənd sakini olan və hazırda Abşeron rayonu Xırdalan şəhərində yaşayan 32 yaşlı Nuriyyə Əhmədova saxlanılıb. N.Əhmədova Sumqayıt şəhər 3-cü mikrorayon ərazisində narkotik vasitə satmaq istəyərkən saxlanılıb.



O, saxlanılan zaman üzərindən 19 qram heroin və 3 qram “patı” adlandırılan metamfetamin aşkar edilib. Narkotik maddələr maddi sübut kimi götürülüb və N.Əhmədova istintaqa cəlb olunub. Əməliyyat-axtarış tədbirləri davam etdirilir.



Sumqayıt polisinin həyata keçirdiyi digər əməliyyatlar nəticəsində isə şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Ramiz Aslanov və Emin Allahverdiyev, eləcə də Elvin Kərimli, Feyruz Əhmədov, Gülağa Quliyev, Nəcməddin Abbasov, Rövşən Məmmədov və Altun Xəlilov saxlanılıblar. Saxlanılan şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan müxtəlif miqdarda heroin və metamfetamin aşkar edilərək götürülüb.



Saxlanılanlardan Altun Xəlilov haqqında şəhər ərazisindən müxtəlif ərazilərdən oğurluq etdiyinə görə Sumqayıt şəhər Polis İdarəsində 5 cinayət faktı üzrə istintaq aparılır. Barəsində təhqiqat işi aparılmasına baxmayaraq, yenə də oğurluğa əl atıb. Sonuncu dəfə şəhərin 42-ci məhəlləsində evlərdən birindən kombi aparatını da oğurlamaqda da şübhəli bilinir.



Faktlarla bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam