Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Azərbaycan -İrana bildiriş göndərib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

Yenixeber.org: AQTA-dan verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasından “Afshin Ghoje Biglo Agha Mohammad Biglo” və “Saleh Ehsas Gojeh Bagloo” adlı təsərrüfat subyektləri tərəfindən ölkəmizə ixrac edilən kartof məhsulunda karantin tətbiq edilən kartof güvəsi (Phthorimaea operculella) aşkar edilib.

Bununla əlaqədar Agentlik İran tərəfinə notifikasiya verib, adıçəkilən subyektlər tərəfindən Azərbaycana kartof ixracının dayandırılması və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsinin zəruriliyi bildirilib.

Bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısının alınması, xəstəliklərin aradan qaldırılması, məhsul itkisinə yol verilməməsi, ətraf mühitin və əhalinin sağlamlığının qorunması istiqamətində bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi məqsədilə faktla bağlı respublikanın baş dövlət fitosanitar müfəttişi tərəfindən “Karantin tətbiq edilən zərərli orqanizm aşkar edilmiş məhsul idxalının qadağan edilməsi haqqında” 2021-ci il 21 sentyabr tarixli Q-BS/006 nömrəli qərar qəbul edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam