Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Azərbaycan-İran sərhədində atışm olub- 1 nəfər yaralanıb

 

Sentyabr ayının 8-də saat 00:57 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz’” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük-Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycan istiqamətində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub. 

Yenixeber.org: Bu barədə Baş Prokurorluq və Dövlət Sərhəd Xidmətindən verilən birgə məlumatda bildirilib.

Qeyd olunub ki, sərhəd naryadının “Dayan” komandasına, havaya xəbərdarlıq atəşinə məhəl qoymayan sərhəd pozucularının ərazidən qaçmaq cəhdinin qarşısını almaq məqsədilə “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanununun tələblərinə uyğun olaraq silah tətbiq edilib:

 

“Sərhəd pozucularından 1-i yaralanmış, digər 2 nəfəri havanın qaranlıq və ərazinin meşə massivi olmasından istifadə edərək ərazidən uzaqlaşmağa müvəffəq olublar.

 

Qol nahiyəsindən yüngül yaralanmış sərhəd pozucusu Füzuli rayon Mərkəzi Xəstəxanasına çatdırılmış, zəruri tibbi yardım göstərilmişdir. Araşdırma zamanı saxlanılan şəxs özünü İİR vətəndaşı 1981-ci il təvəllüdlü Zəmani Mirəsgər Mirağa kimi təqdim etmişdir. Onun əlindəki çantaya baxış zamanı içərisindəki bağlamalardan təxmini çəkisi 11 kiloqram 770 qram narkotik vasitəyə bənzər maddələr aşkarlanıb”.

 

Bildirilib ki, baş vermiş hadisə barədə İran tərəfi məlumatlandırılıb:

 

“Digər sərhəd pozucularının aşkarlanaraq saxlanılması məqsədilə hadisənin baş verdiyi istiqamətdə dövlət sərhəd xətti boyu ərazi qapadılıb.

 

Faktla bağlı Füzuli Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1, 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma), 318.1 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb”.

 

Rəsmi məlumata görə, hazırda prokurorluq və DSX əməkdaşları ilə birgə intensiv istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Azərbaycan-İran sərhədində atışma olub, 1 nəfər yaralanıb (FOTO) - Gallery Image Azərbaycan-İran sərhədində atışma olub, 1 nəfər yaralanıb (FOTO) - Gallery Image Azərbaycan-İran sərhədində atışma olub, 1 nəfər yaralanıb (FOTO) - Gallery Image Azərbaycan-İran sərhədində atışma olub, 1 nəfər yaralanıb (FOTO) - Gallery Image Azərbaycan-İran sərhədində atışma olub, 1 nəfər yaralanıb (FOTO) - Gallery Image

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam