Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Bakıda avtobusa -maskasız minən koronavirus xəstəsi saxlanılıb

Bakıda avtobusa maskasız minən koronavirus xəstəsi saxlanılıb

Bakıda sərnişin avtobusunda aktiv koronavirus xəstəsi polis əməkdaşları tərəfindən aşkar edilib.

Yenixeber.org: Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən xidməti ərasidə profilaktik tədbir keçirilən zaman bir nəfər şəxsin metronun “Azadlıq” stansiyasının yaxınlığında 147 saylı marşrut xətti ilə hərəkət edən avtobusda olan zaman maskadan istifadə etmədiyini müəyyən ediblər. Həmin şəxs dərhal ictimai nəqliyyatdan düşürülüb.

Araşdırma aparılan zamanı onun aktiv koronavirus xəstəsi kimi qeydiyyatda olan paytaxt sakini Nəriman Xəmidov olduğu müəyyən edilib.

Onun barəsində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Aşkar edilən faktla bağlı araşdırmalar davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam