Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

“Peyvənd olunanla olunmayanın heç bir fərqi yoxdur” –Terapevt

“Peyvənd olunanla olunmayanın heç bir fərqi yoxdur” – Terapevt

Hazırda Azərbaycanda koronavirusa qarşı peyvəndlənmə prosesi gedir. Mütəxəssislər zənn edir ki, peyvəndlənən insanların virusa yoluxma ehtimalı olsa da, onlar xəstəliyi daha yüngül formada keçirəcəklər. Bəs vaksin vurdurmuş şəxslər virusa yoluxanda hansı simptonlar yaranacaq? Peyvənd COVID-19-un əvvəlki əlamətlərini, o cümlədən əzəli ağrıları, ürəkbulanma, ağ ciyərlərin buzlaşması və s. yox edirmi?

Yenixeber.org: Terapevt Rasif Bağırov peyvəndlənən şəxslərdə də eyni simptonların olacağını bildirib:

“Peyvənd olunandan sonra yoluxanlarda da eyni simptonlar özünü göstərir. 2 ay öncə “Sinovac” vurduran şəxslər var ki, virusa yoluxub və xəstəliyi ağır formada keçirib. Peyvəndlənənlər də xəstəliyə tam yoluxurlar. Peyvənd vurulmamışdan öncə hansı əlamətlər olurdusa, yenə eynisi özünü göstərir”.

Həkimin sözlərinə görə, yeni dalğanın bir əlaməti az da olsa fərqlənir:

“Əvvəlki iki dalğadan fərqli olaraq, yeni dalğada öskürəyin sayı normadan bir az çoxdur. Demək olar ki, xəstələrin böyük əksəriyyətində çox üzücü öskürəklər olur.

Peyvənd olunandan sonra yoluxanların statistikası hələ dəqiqləşəyib. Ayrı-ayrı həkimlərin bir neçə xəstəsi ola bilər. Lakin ümumi statistika aparılmayıb”.

Rasif Bağırov peyvəndlənən şəxslərin də ölüm risk qrupuna aid olduğunu qeyd edib:

“Peyvənd olsa belə, xəstəliyi çox ağır keçirənlər var. Peyvənd olunub yoluxan bir xəstənin ağ ciyərinin 60 faizi yenə də iltihabi prosesə cəlb olunub. Peyvənd olunanla olunmayanın heç bir fərqi yoxdur. Eyni ağırlıqda keçirə bilirlər. Ölüm riski ola bilər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam