Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Türkiyəli şərhçi: -"Ermənistan rəhbərliyi yeni reallıqla barışmalıdır"

Türkiyəli şərhçi: Ermənistan rəhbərliyi yeni reallıqla barışmalıdır

"Azərbaycanın doğma torpaqlarını işğaldan azad etməsi ilə regionu münaqişə zonası kimi saxlayaraq balans yaratmağa çalışan siyasi dairələrin qarşısı alındı. Konkret olaraq, ABŞ və Fransanın tətbiq etdiyi ikili standartlar, Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə xələl gətirməyə hesablanmışdı"

Yenixeber.org: Bu fikirləri türkiyəli yazıçı, jurnalist və siyasi şərhçi Ömər Özqaya bildirib.

Onun sözlərinə görə, Azərbaycan ikili standartlara baxmayaraq, misilsiz qələbə qazandı: "Bu qələbədən sonra Ermənistanın Azərbaycanı təhrik etmək məqsədi güdən əməlləri birmənalı olaraq təxribat xarakteri daşıyan hərəkətlərdir. Ermənistan sülh müqaviləsi bağlamağa hazırlaşmaqdansa, indiki mərhələdə acizanə şəkildə bu kimi yersiz fəaliyyətlər nümayiş etdirir. Bu yolla yenə öz havadarlarını regionda aktivləşməyə səsləməkdədir".

Siyasi şərhçi deyib ki, Ermənistanın bu həmlələri təsadüfi deyil: "Ancaq Ermənistan rəhbərliyi və ictimaiyyəti yeni reallıqla barışmağa məhkumdur. Azərbaycan isə Türkiyə, Rusiya, İran, Çin və Britaniya ilə olan əməkdaşlığını daha da möhkəmləndirərək yeni yaratmış olduğu siyasi reallığı köklü surətdə əsaslandıracaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam