Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İrəvan KTMT-də oyuna girdi və uduzdu –ŞƏRH

 

İrəvan KTMT-də oyuna girdi və uduzdu – ŞƏRH

KTMT-də Paşinyanin istəyinə nail olmamasında Azərbaycanın da rolu az deyil.

Yenixeber.org: Bu sözləri Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti, siyasi şərhçi Zeynal Əmrəliyev deyib. O bildirib ki, Azərbaycanın Belarus və Qazaxıstanla çox sıx əlaqələri var:

“KTMT-yə rəhbərliyin Ermənistana verilməməsi ölkədə Paşinyana qarşı qəzəb yaradacaq. Ancaq özü bunun üstünü örtməyə çalışacaq və diqqəti başqa yerə yönləndirmək üçün addımlar atacaq. Paşinyan hətta yenidən müxalifətin üzərində müxtəlif oyunlar oynaya bilər. Ancaq hər bir halda müxalifət bu vəziyyəti yaxşı dəyərləndirə bilsə, Paşinyandan təxminən 10 faiz civarında səs qopara bilər”.

Siyasi şərhçi qeyd edib ki, hətta bununla Ermənistanda artıq Paşinyana qarşı hərbi müxalifət formalaşa bilər:
“Həm Yuri Xaçaturov, həm də Robert Köçəryanın ordu içindəki nüfuzu yüksəkdir və hər ikisi Rusiya ilə yaxşı münasibətdədir. Əslində bu açıq-aydın Kremlin Paşinyana mesajı idi. Bu hadisə ümumilikdə Ermənistanın dünya səviyyəsində nüfuzuna xələl gətirəcək. Ermənistan bir yarışa girdi və uduzdu. Bu o deməkdir ki, o təşkilatda İrəvanın zərrə qədər də sözü keçmir”.(axar.az))


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam