Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

“Səfər Əbiyev, Nəcməddin Sadıqov və onların ordudakı adamları bu hərbçilərimizi sıxışdırıblar, çünki...”

“Səfər Əbiyev, Nəcməddin Sadıqov və onların ordudakı adamları bu hərbçilərimizi sıxışdırıblar, çünki...”

"Müdafiə naziri Zakir Həsənov “Real” TV-yə müsahibəsində qələbədən danışarkən Azərbaycan Ordusunun döyüş hazırlığında Türkiyə Silahlı Qüvvələrinin böyük rolu olduğunu bu sözlərlə vurğulayıb: “Bizim çoxlu sayda zabitimiz Türkiyənin hərbi məktəblərində təhsil alıb. Bunların hamısının nəticəsi olaraq Azərbaycan Ordusunun hissə və birləşmələri - Azərbaycan əsgəri və Azərbaycan zabiti döyüşlərdə yüksək peşəkarlıq və vətənpərvərlik nümayiş etdirdi. Bunun nəticəsi də göz qabağındadır”".

Yenixeber.org: Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq xatırladıb ki, bu qələbədə Türkiyədə hərbi məktəblərində təhsil alan hərbçilərimizin də böyük payı var:

"Azərbaycan müstəqilliyini qazandıqdan bu yana minlərlə gəncimiz Türkiyədə hərbi təhsil alıb və geri dönüb. Təəssüf ki, uzun illər ordumuza rəhbərlik edən Səfər Əbiyev və Nəcməddin Sadıqov kimilər və onların ordudakı adamları Türkiyədə yüksək təhsil alan hərbçilərimizi sıxışdırıblar, paxıllıq hislərindən onların bilik və bacarıqlarına əhəmiyyət verməyiblər. Bunu mən kənardan deyil, məhz Türkiyədə hərbi təhsilini başa vuran, bir neçə xarici dil bilən zabitlərimizin dillərindən şəxsən eşidirdim. Buna son qoyulmalıydı və qoyuldu. Qələbəmizdə və torpaqlarımızın azad olunmasında əsas amillərdən biri ordumuzun Türkiyə və NATO standartlarını mənimsəməsi olub. Bu standartları isə hərbçilərimizə Rusiyanın hərbi məktəblərində deyil, Türkiyənin hərbi məktəblərində tədris edirlər. Demək, bundan sonra da ordumuzun güclənməsində bu standartların tətbiqi yer tutacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam