Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Cəlilabaddakı hadisənin təfərrüatı:Şəkil çəkdirmək faciə ilə nəticələndi

 

Cəlilabad rayonunda üç nəfərin ölümü ilə nəticələnən faciəvi hadisənin bəzi təfərrüatları məlum olub.

Yenixeber.org: Muğan büromuzun məlumatına görə, hadisə rayonun Gülməmmədli kəndində qeydə alınıb.

Belə ki, rayonun İnili kənd sakinləri, 2015-ci il təvəllüdlü Yaqubov Həmzə və onun atası Yaqubov Nizami, həmçinin qardaşlar - 2004-cü il təvəllüdlü Yaqubov Həsən Rizvan oğlu və 2005-ci il təvəllüdlü Yaqubov Hüseyn Rizvan oğlu ehtiyatsızlıqdan İncəçay su anbarına düşüblər.

Su anbarına düşənlərdən yalnız Nizami Yaqubovun həyatını xilas etmək mümkün olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu digər üç şəxsin meyitini taparaq aidiyyəti üzrə təhvil verib.

Məlumata görə, hadisə su anbarının yanında şəkil çəkdirmək istəyən zaman baş verib. Faktla bağlı araşdırma aparılır.(report)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam