Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Pandemiyanın gətirdiyi səfalət: 100 milyondan çox işçi kasıbladı

Dünyada koronavirus pandemiyası 100 milyondan çox insanın kasıblıq həddinə çatmasına səbəb olub.
Yenixeber.org: "Euronews" telekanalı xəbər verir ki, bu barədə BMT-nin ixtisaslaşmış qurumu olan Beynəlxalq Əmək Təşkilatının hesabatında qeyd olunub.

Məlumata əsasən, 108 milyon işçi ağır və ya orta yoxsulluq şəraitində yaşayır. Onlar gündə 3,2 dollardan az vəsaitlə yaşamaq məcburiyyətindədir. Yoxsulluq səviyyəsinin kəskin artması əmək saatının azalması ilə əlaqədar iş vaxtının itirilməsi və keyfiyyətli iş əldə etmək imkanın olmaması ilə bağlıdır.

Hesabatda, həmçinin qeyd olunub ki, pandemiya əmək bazarında mövcud olan bərabərsizliyi daha da artırıb. Bundan daha çox qadınlar, gənclər və mühacirlər əziyyət çəkir. Belə ki, ötən il qadınların məşğulluğu kişilərlə müqayisədə 5 faiz azalıb.

Sənəddə, eyni zamanda vurğulanıb ki, məşğulluq səviyyəsinin pandemiyaya qədər olan vəziyyətə 2023-cü ildən tez qayıtması gözlənilmir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam