Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

DÜNYADA ƏMƏK BAZARINI NƏ GÖZLƏYİR? -Beynəlxalq Əmək Təşkilatı 3 ssenari açıqladı

Beynəlxalq Əmək Təşkilatı (BƏT) COVID-19 pandemiyasının dünyada əmək bazarına təsirini təhlil edib. Qurum bu ilin ikinci yarısı üçün 3 ssenari təklif edir.

Yenixeber.org: Bu ilin birinci yarısında dünya üzrə itirilən iş saatlarının sayı əvvəlki proqnozdan əhəmiyyətli dərəcədə pis olub, ilin ikinci yarısında bərpa sarıdan əminlik də böyük deyil. BƏT ən yaxşı ssenari halında iş yerlərinin irimiqyaslı itkisinin davam edəcəyini bildirir.

2020-ci ilin ikinci rübündə dünyada iş saatları 14 faiz azalıb ki, bu da 400 milyon tamştatlı (48 saatlıq iş həftəsi) iş yeri deməkdir. Bundan öncəki proqnozlarda azalmanın 10,7 faiz (305 milyon iş yeri) olacağı proqnozlaşdırılırdı.

Yeni rəqəmlər son həftələr bir çox regionlarda vəziyyətin pisləşməsini göstərir, özəlliklə də inkişaf etməkdə olan iqtisadiyyatlarda. Regionlar üzrə ikinci rübdə iş saatları itkisi belə olub:

Amerika qitəsində – 18.3 faiz; Avropa və Orta Asiyada – 13.9 faiz, Asiya vəSakit Okean regionunda 13.5 faiz, Ərəb ölkələrində 13.2 faiz, Afrikada 12.1 faiz.

BƏT bildirir ki, dünyada çalışanların böyük əksəriyyəti (93 faiz) iş yerlərinin nə formadasa bağlandığı ölkələrdə yaşayır. Ən böyük məhdudiyyətlər Amerika qitəsindədir.

Ssenarilər

Hesabatda 2020-ci ilin ikinci yarısı üçün üç bərpa ssenarisi təqdim olunur: baza, bədbin və nikbin ssenarilər. Uzunmüddətli nəticənin pandemiyanın trayektoriyasından və hökumətin siyasət seçimindən asılı olacağı vurğulanır.

Baza modeli iqtisadi fəaliyyətin mövcud proqnozlar, iş yerlərinə məhdudiyyətlərin qaldırılması, istehlak və sərmayənin bərpasına əsasən dirçələcəyini nəzərdə tutur. Bu zaman 2019-cu ilin 4-cü rübüylə müqayisədə iş saatlarında 4,9 faizlik azalma (140 milyon tamştatlı iş yeri) proqnozlaşdırılır.

Bədbin ssenariyə görə, pandemiyanın ikinci dalğası başlanır, qadağalar qayıdır və bunlar dirçəlişi əhəmiyyətli dərəcədə ləngidir. Bu halda iş saatlarında 11,9 faiz azalma (340 milyon tamştatlı iş yeri) gözlənir.

Nikbin ssenari görə, işçilərin fəaliyyəti sürətlə bərpa olunur, tələb və iş yerlərinin yaradılması güclənir. Bu müstəsna sürətli dirçəliş halında qlobal miqyasda iş yerlərinin itirilməsi 1,2 faizə (34 milyon tamştatlı iş yeri) düşə bilər.

Qadınlara müstəsna təsir

BƏT pandemiyanın qadın işçilərə müstəsna zərbə vurduğunu bildirir. Bu isə son onillər gender bərabərliyi üzrəəldə olunmuş proqresin itirilməsi ilə sonuclana bilər.

 

 

COVID-19-un qadınlara ağır təsiri onların böhranın vurduğu bəzi iqtisadi sektorlarda aşırı təmsilçiliyi ilə bağlıdır. Belə ki, qadınlar daha çox otelçilik, ərzaq, satış, emal sənayesində işləyirlər. Dünya üzrə qadınların 510 milyona yaxını, yaxud 40 faizi məhz pandemiyanın böyük zərbə vurduğu bu dörd sektorda çalışır. Kişilərin payı isə 36,6 faizdir.

Ev işlərində, səhiyyə və sosial xidmət sektorlarında da qadın işçilər üstünlük təşkil edir və onlar gəlirlərini itirmək, eləcə də xəstəliyə yoluxma və onu keçirmə riski altındadırdır, sosial qorumaları da güclü deyil.

BƏT ölkələri səhiyyə, iqtisadi, sosial və siyasi müdaxilələri düzgün balanslaşdırmağa, əmək bazarı üçün optimal davamlı nəticələr əldə etməyə çağırır. (azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam