Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Şuşada əsir götürülən Maral Nacaryanın əri Bakıda xəstəxanaya yerləşdirildi –Erməni KİV – FOTO

Noyabrın 10-da Şuşada Azərbaycan Ordusu tərəfindən əsir götürülən Livan ermənisi Viqen Eulyekyan Bakıda xəstəxanaya yerləşdirilib.
Yenixeber.org: “news.am” xəbər verir ki, bu barədə Viqen Eulyekyannın qızı məlumat yayıb. O bildirib ki, atası ilə xəstəxanaya aparılarkən telefonla danışıb. 

Xatırladaq ki, Viqen Eulyekyan həyat yoldaşı Maral Nacaryanla birlikdə Şuşada əsir götürülmüşdü. 10 mart 2021-ci ildə Maral Nacaryan azadlığa buraxılmışdı. O, Livana qayıtdıqdan sonra necə əsir düşdükləri barədə danışmışdı: "2020-ci ilin avqust ayında Beyrut limanında baş verən partlayışdan sonra qohumlarımızla birlikdə Ermənistana köçdük və daha sonra Qarabağ ərazisində yerləşdirildik. Müharibədən sonra 10 noyabrda ərimlə birgə Şuşaya getdik. Bir anda Azərbaycan hərbçiləri bizi əhatə etdi. Bizdən kim olduğumuzu soruşdular, əşyalarımızı götürmək üçün gəldiyimizi dedik. Onlar bildirdilər ki, əgər sizdə hər şey qaydasındadırsa İrəvana göndərəcəklər. Hərbçilər bizi yoxladılar. Həyat yoldaşımın telefonuna baxarkən orada könüllü döyüşçü olduğunu əks etdirən fotoları gördülər. Bundan sonra bizi avtomobilə mindirib apardılar. Bizi “cip”ə mindirdilər içəridə qaz balonları var idi. Viqenin (həyat yoldaşı) gözlərini bağladılar ancaq mənim gözlərim açıq idi”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam