Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

NATO PA-nın yaz sessiyası başlayıb

 

 
 Mayın 14-də NATO Parlament Assambleyasının yaz sessiyası onlayn formatda öz işinə başlayıb.
Yenixeber.org: Milli Məclisin qurumdakı nümayəndə heyətinin rəhbəri, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun başçılığı ilə deputatlar Məlahət İbrahimqızı, Siyavuş Novruzov, Kamran Bayramov və Elşən Musayev sessiyaya qatılıblar.

Sessiya çərçivəsində NATO PA-nın Müdafiə və təhlükəsizlik, Təhlükəsizliyin mülki ölçüsü, İqtisadi təhlükəsizlik, Elm və texnologiya, Siyasi komitələrinin iclaslarında “Silahlara beynəlxalq nəzarət”, “Rusiyanın geosiyasi və ideoloji həmlələrinin qarşısının alınması”, “Çin müdafiəsinə baxış: NATO üçün mövcud təsirləri” kimi mövzular müzakirə olunub.

Müzakirələrdə deputatlarımız fəallıq göstəriblər, suallarla çıxış ediblər və bütün məsələlərə Azərbaycanın mövqeyindən münasibət bildiriblər.

NATO PA-nın yaz sessiyası işini mayın 17-də plenar iclasla davam etdirəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="679" height="382" src="https://www.youtube.com/embed/kZYTbJNbayU" title="“Bu, İran üçün qəbuledilməzdir!” - ABŞ-yə xəbərdarlıq, İrana isə təşəkkür mesajı..." frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam