Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Bu gün -Strasburqda AŞPA-nın qış sessiyası işə başlayır

 

 

Bu gün Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının qış sessiyası keçiriləcək.

Yenixeber.org: Öncə nümayəndə heyətlərinin bütün iştirakçıları etimadnamələrini təsdiq edəcəklər. Bir qayda olaraq, AŞPA üzvlərinin etirazları olmadıqda etimadnamələr avtomatik təsdiqlənir.

Sessiyanın başlanğıcında AŞPA prezidenti Lilian Mori Paskienin yerinə yeni prezident seçiləcək. Rotasiya əsasında siyasi liberal qrup tərəfindən Belçika nümayəndə heyətinin rəhbəri Hendrik Damsın namizədliyi irəli sürüləcək. Bu prosedurdan sonra nümayəndə heyətləri bütün sessiyanın gündəliyini qəbul edəcəklər.

Sessiyada Büronun və Daimi Komitənin görülmüş işlərə dair hesabatı dinləniləcək, Liviyadakı münaqişənin Avropa üçün fəsadları, quruma üzv olan ölkələrdə seçkilər və demokratiyanın vəziyyəti, Belarusda keçirilmiş parlament seçkilərinin nəticələri, Polşada demokratik institutuların fəaliyyəti, Avropada jurnalistlərin təhlükəsizliyi və media azadlığı və digər mövzularda müzakirələr aparılacaq.

Qanunsuz miqrasiyaya qarşı mübarizə, Avropada mühacir uşaqların problemi və iş yerlərində dini azadlıqların qorunması kimi mövzular da diqqət mərkəzində olacaq.

Azərbaycanı sessiyada parlamentin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

Müzakirələrdə deputatlarımız çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər. Sessiya çərçivəsində yanvarın 28-də Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir də keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam