Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ATƏT PA-nın qış sessiyası başladı

Fevralın 21-də Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 18-ci qış sessiyası işə başlayıb.

Yenixeber.org: ATƏT-ə üzv olan 57 ölkədən 300-dək deputatın iştirak etdiyi sessiyada Azərbaycanı Milli Məclis (MM) sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Nümayəndə heyətinə deputatları Azay Quliyev, Tahir Mirkişili, Elşad Həsənov, Kamran Nəbizadə və Ülviyyə Ağayeva daxildir.

Sessiya çərçivəsində keçiriləcək komitə iclaslarında “Uzanan münaqişələrin həlli üçün ATƏT-in imkan və mexanizmləri”, “ATƏT regionunda korrupsiya, pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə sahəsində səmərəli idarəetmə”, “Fövqəladə vəziyyətlərdə insan hüquqlarının qanuni məhdudlaşdırılmasının təsir sahələri” və digər mövzularda fikir mübadiləsi aparılacaq.

İki gün davam edəcək sessiya çərçivəsində hər üç komitənin (siyasi məsələlər və təhlükəsizlik, iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit, eləcə də, demokratiya, insan haqları və humanitar məsələlər) iclasları keçiriləcək. Sessiyanın işinə hər üç komitənin birgə iclası ilə yekun vurulacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam