Redaktor seçimi
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
Günün xəbəri

ABŞ postsovet məkanında bioloji silah hazırlayır? – İDDİA

ABŞ postsovet məkanında bioloji silah hazırlayır? – İDDİA

“Rusiya və Çinin sərhədlərində ABŞ-ın bioloji laboratoriyaları fəaliyyət göstərir”.

Yenixeber.org: Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

“ABŞ-ın nəzarəti altında getdikcə daha çox bioloji laboratoriyanın dünyada sıçrayışla artmasına diqqət yetirin. Qəribə bir təsadüflə onlar, əsasən, Rusiya və Çinin sərhədlərində yerləşir. Onların guya amerikalıların yerli alimlərə təhlükəli xəstəliklərlə mübarizədə kömək edən tədqiqat mərkəzləri olduğunu söylədilər. Həmin obyektlərin yerləşdiyi ölkələrin səlahiyyətliləri laboratoriya divarları arxasında baş verənlər barədə heç bir real fikir sahibi deyillər”, – deyə Patruşev qeyd edib.

Təhlükəsizlik Şurasının katibi əlavə edib: “Əlbəttə, bizim və Çinli tərəfdaşlarımızın bununla bağlı sualları var. Sərhədlərimizin yaxınlığında dinc sanitariya və epidemioloji stansiyaların olduğu deyilir, amma nədənsə bu laboratoriyalar Merilenddə amerikalıların on illərdir hərbi biologiya sahəsində çalışdığı Detrik bazasını xatırladır. Yeri gəlmişkən, bu bölgələr üçün xarakterik olmayan xəstəliklərin baş verməsinə diqqət yetirilməlidir”.

Nikolay Patruşevin sözlərinə görə, sözügedən laboratoriyalarda bioloji silah hazırlanır. “Bunun məhz belə olduğuna inanmaq üçün əsasımız var. Odur ki, tərəfdaşlarımızla, ilk növbədə, postsovet məkanında işləyəcəyik. Onlarla bioloji təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında müqavilələr bağlayacağıq”. (yenisabah.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam