Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Patruşevdən xəbərdarlıq-İŞİD hücuma hazırlaşır

Rəylər18 dekabr — 13:54

İŞİD terror qruplaşması Əfqanıstanda möhkəmlənməkdə davam edir və Orta Asiyaya hücum üçün özünə plasdarm hazırlayır.

Yenixeber.org: Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İranın paytaxtı Tehran şəhərində keçirilən Əfqanıstan üzrə Təhlükəsizlik Şurası katiblərinin və milli təhlükəsizlik müşavirlərinin iclasında deyib.

N.Patruşev bildirib: "Bir il əvvəl keçirilən son görüşümüzdən sonra Əfqanıstanda təhlükəsizlik sahəsində vəziyyət qeyri-sabit olaraq qalır və pisləşməyə doğru tendensiya müşahidə olunur. Ən böyük narahatlıq İŞİD-in güclənməsidir".

Onun sözlərinə görə, Əfqanıstanda 600-dən çox yaraqlının məhv edilməsi və ya tutulması ilə nəticələnən hökumət qüvvələrinin son əməliyyatlarına baxmayaraq, müxtəlif mənbələrə əsasən, ölkədə 2,5 - 4 min nəfər terrorçu qalmaqdadır.

"İŞİD hazırda iki mindən çox hərbçinin cəmləşdiyi Əfqanıstanın şimalındakı mövcudluğunu gücləndirməkdədir. Bu, “Taliban” radikal qruplaşmasına qarşı mübarizə, eyni zamanda Tacikistan və Türkmənistan üzərindən Orta Asiya bölgəsinə qarşı hücumların təşkili məqsədilə edilir”, - deyə Rusiya Təhlükəsizlik Şurasının katibi bildirib.

N.Patruşev hesab edir ki, İŞİD-in əsas qalası Əfqanıstanın şərqində yerləşir, Suriya və İraqdan bu ölkəyə yeni yaraqlılar gəlir: "Əldə edilmiş məlumata görə, terror qruplaşmasının prioritet hədəfləri infrastruktur obyektləri, hüquq-mühafizə orqanları və diplomatik nümayəndəliklər, habelə xarici vətəndaşlar ola bilər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam