Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

"Ayağımı kəsdilər, kəlbətinlə barmaqlarımı sıxdılar" - 35 günlük əsirlikdən qayıdan zabitimiz -VİDEO


Vətən Müharibəsinin qəhrəmanlarını tanımağa və tanıtmağa davam edirik.

Yenixeber.org: Bu dəfə əsirlikdən qayıdan 21 yaşlı qəhrəman zabitimiz Mobil Əhmədzadə haqında məlumat verəcəyik.

Zabit kimi ilk xidmətinə cəbhədə, müharibədə başlayan Mobil Əhmədzadə Şuşa uğrunda gedən üzbəüz döyüşlərdə iştirak edib. Tağım komandiri olan Mobil zabit yoldaşı ilə şəxsi heyətin müdafiəsini təşkil edən zaman erməni tankı tərəfindən vurulub.

Əsir düşdükdən sonra 4 gün xəstəxanada saxlanılan Mobilin bir ayağı amputasiya olunub. Zabitimiz xəstəxanada sorğu-sual edilib. Suallara cavab vermədiyi üçün işgəncəyə məruz qalıb.

Mobil Əhmədzadə daha sonra həbsxanaya köçürülüb. 31 gün də orada saxlanılıb.

Zabitimiz həbsxanada saxlanıldığı zaman erməni zabitlərinin televizorda baxdığı verilişlərdən Azərbaycan ordusunun qalib gəldiyini başa düşüb.

Əsirlikdə saxlanılan Mobil Əhmədzadənin xilas olmasını möcüzə kimi də qiymətləndirmək olar. Çünki ermənilər onu gizlətmək istəyiblər. Lakin Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin ani gəlişi onu erməni əsirliyindən xilas edib.

Qazimizi ziyarət edən zaman döyüşçü yoldaşları, komandirləri də onun görüşünə gəlmişdi. Gənc yaşda yüksək rütbəli zabitlərlə döyüşə yollanan Mobil onların sevgisini və hörmətini qazana bilib.

Mobil Əhmədzadə ilə söhbətimizin tam versiyasına aşağıdakı videodan izləyə bilərsiniz.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam