Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Corablarından 10 ədəd mobil telefon çıxdı

    

Corablarından 10 ədəd mobil telefon çıxdı
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qanunsuz yolla mobil telefonların gətirilməsi cəhdinin qarşısını alıblar.
Yenixeber.org: DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən xəbərə görə, Dubay-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarətindən keçərkən müvafiq qaydada sorğu-sual edilib. 

Vətəndaş özü ilə gətirdiyi 1 ədəd televizor, 2 ədəd noutbuk və 1 ədəd mobil telefondan başqa mütləq qaydada bəyan edilməli malların olmadığını bildirib. Lakin vətəndaşın əl yükü rentgen aparatından keçirilərkən, monitorda mobil telefon qutularının təsvirləri görünüb. Bu səbəbdən yük təkrar yoxlanılıb. Vətəndaş əl yükündə gizlətdiyi boş mobil telefon qutuları barəsində sorğu-sual edilərkən isə həmin qutuların içərisindəki telefonların Bakı şəhərində olduğunu bildirib. Daha sonra vətəndaşın üzərində şəxsi yoxlama aparılıb. 

Nəticədə, həmin şəxsin corablarının içərisində sellofanlara bükülərək gömrük nəzarətindən gizlədilmiş, hər ayağında 5 ədəd olmaqla, cəmi 10 ədəd “İphone X 64 GB” markalı mobil telefon aşkar edilib. Faktla bağlı araşdırma aparılır. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam