İrəvana gedən yollar bağlanıb
Ermənistanın paytaxtına gedən bütün yollar bağlanılıb.
Yenixeber.org: Bu barədə Ermənistanın Daşnaksütyun Partiyası məlumat yayıb.
Partiya Ermənistan rəhbərliyindən bütün yolların açılmasını tələb edib: “Xalqın arxasında gizlənərək xain sənədi imzalayan rejim əzab içindədir. Hazırda paytaxt İrəvana gedən bütün yollar bağlıdır. Hüquq-mühafizə orqanlarını vətəndaşların sərbəst hərəkət etmək hüququna müdaxilə etməməyə, xain hakimiyyət orqanlarının qanunsuz əmrlərinə tabe olmamağa çağırırıq”.