Yenixeber.org: Partlayışdan dərhal sonra bina ətrafında təhlükəsizlik əməliyyatı başladılıb.

Təhlükəsizlik qüvvələrinin məlumatına görə, hazırda binaya hücum etdiyi ehtimal edilən silahlı qrupu zərərsizləşdirməyə çalışır. Tripolinin mərkəzində yerləşən binanın ətrafı əhatəyə alınıb və yollar bağlanıb.

Binanın yaxınlığındakı hoteldə qalan personal üzvü azı beş partlayış eşitdiyini bildirib.

Xatırladaq ki, bu yayın əvvəlində də Tripolidə silahlı qruplarla təhlükəsizlik qüvvələr arasında böyük qarşıdurmalar baş verib. May ayında isə İŞİD Liviya Mərkəzi Seçki Komissiyasının binasına hücum edib.