Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Rusiyadan təxliyə olunan 33 nəfərdə -COVID-19 aşkarlandı

Rusiyadan təxliyə olunan 33 nəfərdə COVID-19 aşkarlandı
Yeni növ koronavirus pandemiyası səbəbindən xarici ölkələrdə, o cümlədən Azərbaycanla qonşu olan ölkələrdə qalmış vətəndaşlarımızın vətənə qaytarılması istiqamətində tədbirlər davam etdirilir. Quru sərhədi ilə Azərbaycana qayıtmaq məqsədilə çoxlu sayda vətəndaşlarımız Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisinə gəlir. Həftəlik əsasda Rusiya Federasiyasının rəsmi orqanları ilə razılaşdırılmış qaydada və xüsusi plana uyğun olaraq vətəndaşlarımızın Samur sərhəd-keçid məntəqəsindən Azərbaycan ərazisinə keçidi həyata keçirilir.
Yenixeber.org: TƏBİB-dən verilən məlumata görə, sərhədi keçən bütün vətəndaşlardan TƏBİB tərəfindən koronavirus testi üçün nümunə götürülür və karantin məntəqələrinə yerləşdirilirlər:

"Təəssüflə qeyd olunmalıdır ki, avqustun sonuncu həftəsində Rusiyadan quru sərhədi ilə Azərbaycana təxliyə olunmuş vətəndaşlarımızdan götürülmüş testlər nəticəsində 33 nəfərdə COVİD-19 infeksiyası aşkar olunub.

Əvvəlki aylarda həyata keçirilmiş təxliyələr zamanı testləri pozitiv çıxmış vətəndaşlarımızın sayı cüzi olsa da, qeyd edilən həftədə kəskin artım müşahidə olunub. Bu, istər Rusiyanın müxtəlif bölgələrindən Dağıstana gələn, istərsə də orada toplanma məntəqələrində təxliyə gözləyən bəzi vətəndaşlarımızın sanitar-epidemioloji tələblər və təhlükəsizlik qaydalarına riayət etməməsinin nəticəsində baş verir.

TƏBİB bir daha xarici ölkələrdə olan və Azərbaycana qayıtmaq arzusunda olan vətəndaşlarımızı olduqları ölkənin sanitar-epidemioloji qaydalarına ciddi şəkildə riayət etməyə çağırır".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam