Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Vidadi Zeynalov -Rusiya-Azərbaycan sərhədindəki vəziyyəti şərh etdi

"Azərbaycan vətəndaşları Rusiya Federasiyasının bütün bölgələrindən Dağıstana gəlməyə davam edir".

Bu barədə Dərbənd Şəhər Administrasiyası rəhbərinin müavini Vidadi Zeynalov Rusiya-Azərbaycan sərhədindəki vəziyyəti şərh edərkən bildirib.

“Hazırda Azərbaycan vətəndaşlarının olduğu çadır şəhərciyi Dərbənd və Məhərrəmkənd rayonlarının qovşağında yerləşir. Dərbənd şəhəri bir ara onları qismən qida, gigiyena məhsulları ilə təmin etməyə çalışdı. Həmçinin müxtəlif messenatlar, şəhər sakinləri də çox kömək etdilər. Düşərgədə Dağıstan Respublikasının Fövqəladə Hallar Nazirliyinin postu yaradılıb. Nazirlik əməkdaşları orada baş verənləri diqqətlə izləyir. Ən etibarlı məlumatlar onlardadır.

Başa düşürəm ki, Azərbaycan vətəndaşlarının bir çoxu həftələrdir oradadır və çox yorulublar. Lakin Dərbənd bələdiyyəsi sərhədi keçən vətəndaşların siyahısını tərtib etmir. Bununla məşğul olan müvafiq strukturlar var. Kimisə siyahıya salmaq və ya siyahıdan çıxarmaq səlahiyyətimiz yoxdur”, - o deyib.

V.Zeynalov sərhədi keçənlərin sayının məhdud olduğunu vurğulayıb: “Rusiya Federasiyasının bütün bölgələrindən olan Azərbaycan vətəndaşlarının Dağıstana gəlməyə davam etdirməsi səbəbindən vəziyyət daha da gərginləşir. Sərhədi keçmə rejimi bizim tərəfimizdən tənzimlənmir. Bu, federal səviyyədə həll olunur. Buraxılış rejiminin fəaliyyəti yalnız ikitərəfli dövlətlərarası əsasda həyata keçirilir”.

“Öz növbəsində Azərbaycan öz vətəndaşlarını karantinə yerləşdirilmək üçün ayrılan məkanlarda boş yerlər olduqca qəbul edir. Deməli, insanları yer olduqca sərhəddən buracaqlar. Bu baxımdan mənə elə gəlir ki, Azərbaycan hamını bir anda qəbul edə bilməz. Hazırda sərhəddə 500-dən çox adam var”, - Dərbənd administrasiyası rəhbərinin müavini fikirlərini tamamlayıb.

Xatırladaq ki, iyunun 9-da daha 130 Azərbaycan vətəndaşı Rusiyadan təxliyə ölkəmizə təxliyə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam